BATE-nin futbolçusu: "Qarabağ"a vurduğum qol qızımın sağalmasını sürətləndirəcək"

BATE-nin futbolçusu: "Qarabağ"a vurduğum qol qızımın sağalmasını sürətləndirəcək" Bakı. 8 avqust. REPORT.AZ/ İşgüzar əhval-ruhiyyədəyik. Heç bir fövqəladə hal baş verməyib. Öz gücümüzü ortaya qoyduq və cavab matçına hazırlaşacağıq. Hələlik xüsusi sevinc yoxdur. Ümumilikdə heç nə edilməyib.
Futbol
8 Avqust , 2018 10:14
BATE-nin futbolçusu: Qarabağa vurduğum qol qızımın sağalmasını sürətləndirəcək

Bakı. 8 avqust. REPORT.AZ/ "İşgüzar əhval-ruhiyyədəyik. Heç bir fövqəladə hal baş verməyib. Öz gücümüzü ortaya qoyduq və cavab matçına hazırlaşacağıq. Hələlik xüsusi sevinc yoxdur. Ümumilikdə heç nə edilməyib".

"Report" xəbər verir ki, bunu Belarus BATE-sinin futbolçusu Stanislav Draqun Bakıda "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

30 yaşlı yarımmüdafiəçi matçı belə dəyərləndirib: "İşimiz daha çox ilk yarıda alındı. Həm çox vacib qol vurduq, həm də rəqibə irəli atılmaq imkanı vermədik. Yaxşı mövqe hücumları və əks-hücumlar etdik, müdafiədə səliqəli oynadıq. "Qarabağ"ın da çox keyfiyyətli futbolçuları, güclü baş məşqçisi var. Fasilədən sonra meydan sahibləri məntiqi olaraq, cavab topunu vurmaq üçün irəli atıldılar. Bu zaman bizə çətin oldu. Duruş gətirə bildikləri üçün komanda yoldaşlarıma minnətdaram".

S.Draqun 36-cı dəqiqədə vurduğu qolun gözəl alındığını bildirib: "Biz Nikolay Siqneviçlə yaxşı başladıq. Mərkəz müdafiəçilərinə sinxron şəkildə pressinq edərək, səhvə məcbur etdik. İqor Staseviç topu ələ keçirərək, Siqneviçin hərəkətləndiyi cinaha atdı. O, da gözəl ötürmə verdi. Mənə isə topu boş qapıya vurmaq qalırdı. Bu qolu həyat yoldaşıma və hazırda səhhətində müəyyən problemləri olan qızıma həsr edirəm. Ümidvaram ki, dəqiq zərbəm və BATE-nin qələbəsi onlara müsbət emosiyalar bəxş edəcək və qızımın sağalmasını sürətləndirəcək".

Səfər qələbəsinə baxmayaraq, BATE-nin oyunçusu "Borisov Arena"da hər şeyin faktiki olaraq, təzədən başlanacağını iddia edib: "Rəqib sonadək vuruşacaq. Biz isə doğma divarlar arasında məzmunlu oyun göstərmək və daha çox hücum etmək istəyirik".

Qeyd edək ki, avqustun 14-də keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi