Başından xəsarət alan qapıçı ciddi zədədən qurtuldu

Başından xəsarət alan qapıçı ciddi zədədən qurtuldu İtaliyanın "Napoli" klubunun qapıçısı David Ospina ciddi zədədən xilas olub.&
Futbol
3 İyul , 2020 16:37
Başından xəsarət alan qapıçı ciddi zədədən qurtuldu

İtaliyanın "Napoli" klubunun qapıçısı David Ospina ciddi zədədən qurtulub. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, A Seriyasının XXIX turunda "Atalanta" ilə görüşdə başından xəsarət alan 32 yaşlı qolkiperin durumu yaxşıdır. 

Ospina komanda yoldaşı Mariu Ruy və "Atalanta"nın oyunçusu Mattia Kaldara ilə sərt toqquşmadan sonra 30-cu dəqiqədə əvəzlənib. Başından qan açılan qapıçının tezliklə yaşıl meydanlara qayıdacağı gözlənilir. 

Qeyd edək ki, matç "Atalanta"nın 2:0 hesablı qələbəsi ilə bitib. 

Son xəbərlər

Orphus sistemi