Başından xəsarət alan futbolçu xəstəxanaya aparıldı

Başından xəsarət alan futbolçu xəstəxanaya aparıldı İtaliyanın "Atalanta" klubunun futbolçusu Luis Muriel xəstəxanaya yerləşdirilib.&
Futbol
562
14 İyul , 2020 14:22
Başından xəsarət alan futbolçu xəstəxanaya aparıldı
Luis Muriel

İtaliyanın "Atalanta" klubunun futbolçusu Luis Muriel xəstəxanaya yerləşdirilib. 

"Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu komanda yoldaşları ilə hovuzun kənarında nahar edərkən sürüşüb və başından zədə alıb. 

Muriel ciddi zədədən qaçsa da, A Seriyasının XXXIII turunda evdə "Breşiya" ilə matçı buraxacaq. 

Qeyd edək ki, Luis Muriel bu mövsüm bütün turnirlərdə "Atalanta" forması ilə 35 oyuna çıxıb və 18 qol vurub.