"Bazel"in futbolçusu "Qarabağ"la oyun üçün azarkeşlərdən dəstək istəyib

"Bazel"in futbolçusu "Qarabağ"la oyun üçün azarkeşlərdən dəstək istəyib İsveçrə "Bazel"inin futbolçusu Edon Jeqrova evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçından öncə azarkeşlərə səslənib.
Futbol
7 Dekabr , 2021 21:45
Bazelin futbolçusu Qarabağla oyun üçün azarkeşlərdən dəstək istəyib

İsveçrə "Bazel"inin futbolçusu Edon Jeqrova evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçından öncə azarkeşlərə səslənib.

"Report"un klubun rəsmi tviter səhifəsinə istinadən məlumatına görə, kosovolu yarımmüdafiəçi vacib qarşılaşmada fanatlardan dəstək istəyib. O, tərəfdarları görüşün oynanılacağı "Sent Yakob Park" stadionuna dəvət edib:

"Salam, dostlar! Sizin hər birinizi bu böyük oyunda stadionda görmək istəyirəm. Gəlin, bizə dəstək olun, birlikdə qələbə qazanaq".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi