"Leyptsiq"dən sensasiya, "Çelsi" və "Yuventus"dan darmadağın

"Leyptsiq"dən sensasiya, "Çelsi" və "Yuventus"dan darmadağın UEFA Çempionlar Liqasında III turun son görüşləri keçirilib. "Report"un məlumatına görə, ikinci oyun gününün 8 qarşılaşmasında qapılara 21 qol vurulub.
Futbol
2542
5 Noyabr , 2020 01:57
Leyptsiqdən sensasiya, Çelsi və Yuventusdan darmadağın

UEFA Çempionlar Liqasında III turun son görüşləri keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun gününün 8 qarşılaşmasında qapılara 27 qol vurulub.

E qrupunun hər iki görüşü məhsuldar alınıb. "Sevilya" İspaniyada Rusiya "Krasnodar"ı ilə matçda əzmkar qələbə qazanıb - 3:2. Avropa Liqasının son qalibi buna azlıqda qaldığı halda nail olub. "Çelsi" isə İngiltərədə Fransa "Renn"ini darmadağın edib - 3:0. Bu nəticələrdən sonra İngiltərə və İspaniya təmsilçiləri hərəyə 7 xalla liderliklərini davam etdiriblər.

F qrupunda Almaniyanın "Borussiya" (Dortmund) komandası Belçikada "Brügge" üzərində böyük hesablı qələbə qazanıb - 3:0. Qollardan ikisini istedadlı hücumçu Erlinq Holann vurub. Qrupun digər matçında isə "Zenit" Rusiyada İtaliya "Latsio"sunu büdrədib - 1:1.

G qrupunda "Barselona" İspaniyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını minimal fərqlə yenməyi bacarıbsa, İtaliya "Yuventus"u Macarıstanda "Ferentsvaroş"u darmadağın edib - 4:1.

H qrupundakı hər iki qarşılaşma isə sensasiya ilə nəticələnib. "Başakşehir" Türkiyədə "Mançester Yunayted"i, "Leyptsiq" isə Almaniyada Fransa PSJ-sini yenməyi bacarıb. PSJ-nin yeganə qolunun müəllifi Anxel Di Maria 16-cı dəqiqədə penaltini yerinə yetirə bilməyib. Üstəlik, Paris komandası oyunu 9 futbolçu ilə başa vurmalı olub.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

4 noyabr
E qrupu

00:00. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya) - 3:2

Qollar: İvan Rakitiç, 42. Yussef ən-Nəsiri, 69; 72 - Məhəmməd Süleymanov, 17. Markus Berq, 21 (pen.)

Qırmızı vərəqə: Xesus Navas, 45+5 ("Sevilya")

00:00. “Çelsi” (İngiltərə) – “Renn” (Fransa) - 3:0

Qollar: Timo Verner, 10; 41 (hər ikisi pen.). Temmi Abraham, 50

Qırmızı vərəqə: Enrike Dalbert, 40 ("Renn")

Xal durumu: “Çelsi” - 7, “Sevilya” - 7, “Krasnodar” - 1, “Renn” - 1

F qrupu
21:55. “Zenit” (Rusiya) – “Latsio” (İtaliya) - 1:1

Qollar: Aleksandr Yeroxin, 32 - Felipe Kaysedo, 82

00:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3

Qollar: Torqan Azar, 14. Erlinq Holann, 18; 32

Xal durumu: “Borussiya” - 6, “Latsio” - 5, “Brügge” - 4, “Zenit” - 1

G qrupu
00:00. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:1

Qollar: Lionel Messi, 5 (pen.). Jerar Pike, 65 - Viktor Tsıqankov, 75

00:00. “Ferenstvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya) - 1:4

Qollar: Frank Boli, 90 - Alvaro Morata, 7; 60. Paulo Dibala, 73. Laşa Dvali, 81 (öz qapısına)

Xal durumu: “Barselona” - 9, “Yuventus” - 6, “Dinamo” - 1, "Ferentsvaroş" - 1

H qrupu
21:55. “Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə) - 2:1

Qollar: Demba Ba, 13. Edin Vişça, 40 - Antoni Marsyal, 43

00:00. “Leyptsiq” (Almaniya) – PSJ (Fransa) - 2:1

Qollar: Kristofer Nkunku, 42. Emil Forsberq, 57 (pen.) - Anxel Di Maria, 6

İstifadə olunmamış penalti: Anxel Di Maria, 16 (PSJ)

Qırmızı vərəqələr: İdrissa Geye, 69. Presnel Kimpembe, 90+5 (hər ikisi PSJ)

Xal durumu: “Mançester Yunayted” - 6, “Leyptsiq” - 6, PSJ - 3, “Başakşehir” - 3.

Son xəbərlər

Orphus sistemi