"Başakşehir" Mahir Emreli üçün "Legiya"ya 750 000 avro təklif edib

"Başakşehir" Mahir Emreli üçün "Legiya"ya 750 000 avro təklif edib Türkiyənin "Başakşehir" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.
Futbol
346
26 Yanvar , 2022 19:37
Başakşehir Mahir Emreli üçün Legiyaya 750 000 avro təklif edib

Türkiyənin "Başakşehir" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.

"Report"un məlumatına görə, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün tviter səhifəsində paylaşım edib. O, İstanbul təmsilçisinin Varşava klubuna 750 000 avro təklif etdiyini yazıb.

Daha əvvəl Türkiyə mətbuatında "Başakşehir"in 25 yaşlı hücumçu ilə anlaşdığı bildirilib.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Son xəbərlər

Orphus sistemi