Baş məşqçi və kapitan Azərbaycan millisi üzərində qələbəni şərh edib

Baş məşqçi və kapitan Azərbaycan millisi üzərində qələbəni şərh edib "Qarşılaşma çətin alındı, çünki rəqib düşündüyümüz kimi oynadı: hücum qurmağımıza imkan vermir, meydanda vaxt aparırdı".
Futbol
7 aprel 2022 18:16
Baş məşqçi və kapitan Azərbaycan millisi üzərində qələbəni şərh edib

"Qarşılaşma çətin alındı, çünki rəqib düşündüyümüz kimi oynadı: hücum qurmağımıza imkan vermir, meydanda vaxt aparırdı".

"Report"un məlumatına görə, bunu Bosniya və Herseqovina yığmasının baş məşqçisi Samirə Hürrəm evdə Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis qələbə qazandıqları üçün sevincli olduğunu bildirib: "Futbolçularımı təbrik edirəm. İndi növbəti matça köklənmək üçün sakit olmalıyıq".

Yığmanın kapitanı və görüşdəki yeganə qolun müəllifi Milena Nikoliç isə qələbəyə layiq olduqlarını söyləyib: "Kifayət qədər qol imkanları yaratsaq da, istifadə edə bilmədik. Rəqib qapıçı bir neçə epizodda yaxşı oynadı. Bütün komandanın mübarizəsi sonda nəticə verdi".

Son xəbərlər

Orphus sistemi