Baş məşqçi karantin rejimini pozduğu üçün cəzalandı

Baş məşqçi karantin rejimini pozduğu üçün cəzalandı Almaniyanın “Auqsburq” klubunun baş məşqçisi Hayko Herrlix Bundesliqanın XXVI turunda qarşılaşacaqları “Volfsburq”la oyun öncəsi cəzalı duruma düşüb.
Futbol
142
15 May , 2020 11:34
Baş məşqçi karantin rejimini pozduğu üçün cəzalandı

Almaniyanın “Auqsburq” klubunun baş məşqçisi Hayko Herrlix Bundesliqanın XXVI turunda qarşılaşacaqları “Volfsburq”la oyun öncəsi cəzalı duruma düşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna 49 yaşlı mütəxəssisin karantin rejimini pozması səbəb olub. 

Almaniyalı baş məşqçi komanda ilə birlikdə qaldığı oteli diş fırçası və diş məcunu almaq üçün tərk edib. Herrlix bu səbəbdən Bundesliqanın bərpasından sonra ilk görüşündə texniki zonada yer ala bilməyəcək.

Məsələ ilə bağlı açıqlama verən Herrlix səhvini boynuna alıb.

Qeyd edək ki, Almaniya Bundesliqasında mövsüm sabah bərpa olunacaq. 

Son xəbərlər

Orphus sistemi