Sudan millisinin baş məşqçisi FIFA-nın sorğusunda Messiyə səs vermədiyini sübut edib

Sudan millisinin baş məşqçisi FIFA-nın sorğusunda Messiyə səs vermədiyini sübut edib Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç FIFA-nın versiyasına görə ilin ən yaxşı oyunçusu üçün səsvermədə öz versiyasının düzgün qeydə alınmadığını söyləyib.
Futbol
119
26 Sentyabr , 2019 13:32
Sudan millisinin baş məşqçisi FIFA-nın sorğusunda Messiyə səs vermədiyini sübut edib

Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç FIFA-nın versiyasına görə ilin ən yaxşı oyunçusu üçün səsvermədə öz versiyasının düzgün qeydə alınmadığını söyləyib. 

"Report"un "Tuttosport"a istinadən məlumatına görə, 54 yaşlı mütəxəssisin səsi FIFA-nın son protokoluna əsəsən Lionel Messiyə verilib. Lakin baş məşqçi İngiltərə "Liverpul"unda çıxış edən Məhəmməd Salahı fərqləndirdiyini bildirib. 

Luqaroşiç seçki bülletenini atmamışdan öncə şəkilini çəkib. Fotoya əsasən o, Salah və Fransa PSJ-sində çıxış edən Kilian Mbappeyə səs verdiyini göstərib. Protokola əsasən isə onun səsi Messi və "Liverpul"un müdafiəçisi Vircil van Deykə verilib. 

Qeyd edək ki, Nikaraqua yığmasının kapitanı Xuan Barreran da Messiyə səs vermədiyini iddia edib və daha sonra FIFA onun iddiasını təkzib edib. 

Son xəbərlər

Orphus sistemi