Baş məşqçi 10 futbolçunu qovub, oğlunu əsas komandaya cəlb edib

Baş məşqçi 10 futbolçunu qovub, oğlunu əsas komandaya cəlb edib ABŞ-ın "İnter Mayami" klubunun baş məşqçisi Fil Nevill uğursuz nəticələrdən sonra heyətlə bağlı radikal qərarlar qəbul edib.
Futbol
454
16 Noyabr , 2021 20:54
Baş məşqçi 10 futbolçunu qovub, oğlunu əsas komandaya cəlb edib

ABŞ-ın "İnter Mayami" klubunun baş məşqçisi Fil Nevill uğursuz nəticələrdən sonra heyətlə bağlı radikal qərarlar qəbul edib.

"Report" xəbər verir ki, 44 yaşlı mütəxəssis 10 futbolçunu komandadan kənarlaşdırıb. Bunlar Corc Akosta, Ventura Alvarado, Dilan Kastanheyra, Cey Çapmen, Sami Gediri, Kelvin Lerdam, Con Makkarti, Coşua Penn, Patrik Siqrist və Viktor Uloadır.

İngiltərəli mütəxəssis əvəzində öz oğlu Harvi Nevilli MLS təmsilçisinin əsas komandasına cəlb edib.

Qeyd edək ki, "İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur. Komandanın MLS-də pley-offdan kənarda qalması dəqiqləşib.

Son xəbərlər

Orphus sistemi