Bakı. 5 fevral. REPORT.AZ/ "Azərbaycan Premyer Liqasında çıxış edən bölgə klublarına maliyyə dəstəyi göstəriləcək".
"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Sumqayıtın futbol ictimaiyyəti ilə görüşündə deyib.
O bildirib ki, hazırda Premyer Liqadakı klubların yarıdan çoxu paytaxtı təmsil edir: "Hesab edirik ki, yeni addımımız paytaxt klublarının bölgəyə getməsini stimullaşdıra, onların regionlarımızı təmsil etmələrinə səbəb ola bilər".