Bas Dost “Qızıl buts” yarışmasında Lionel Messiyə çatıb

Bas Dost “Qızıl buts” yarışmasında Lionel Messiyə çatıb Hollandiyalı hücumçu buna "Boavişta" ilə görüşdə het-trik etməklə nail olub
Futbol
10 Aprel , 2017 12:21
Bas Dost “Qızıl buts” yarışmasında Lionel Messiyə çatıb

Bakı. 10 aprel. REPORT.AZ/ Portuqaliyanın “Sportinq” klubunun fubolçusu Bas Dost “Qızıl buts” yarışmasında “Barselona”nın hücumçusu Lioenel Messiyə çatıb.

“Report”un məlumatına görə, 27 yaşlı forvard buna Portuqaliya çempionatının XXVIII turunda Azərbaycan milli komandasının üzvü Emin Mahmudovun da formasını geyindiyi “Boavişta” ilə ev oyununda nail olub. “Sportinq”in 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada rəqib qapısına 3 dəfə yol tapan hollandiyalı hücumçu cari çempionatda qollarının sayını 27-yə çatdırıb. Beləliklə, B.Dost və L.Messinin hesabında 54 xal var və onlar “Qızıl buts” cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, “Qızıl buts” Avropa ölkələrinin milli çempionatlarının ən yaxşı bombardiri üçün təsis edilən mükafatdır. “Top-5” liqalarında 1 qol 2 əmsalla dəyərləndirilir. Ötən mövsüm mükafata 40 qolla “Barselona”nın uruqvaylı hücumçusu Luis Suares layiq görülüb.

Son xəbərlər

Orphus sistemi