"Barselona" "Yeni Ronaldu"nu təqdim etdi

"Barselona" "Yeni Ronaldu"nu təqdim etdi İspaniyanın "Barselona" klubu yeni transferi Fransişku Trinkanı təqdim edib.
Futbol
27 Avqust , 2020 09:55
Barselona Yeni Ronaldunu təqdim etdi
Fransişku Trinka
0 : 00
0 : 00

İspaniyanın "Barselona" klubu yeni transferi Fransişku Trinkanı təqdim edib. 

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Portuqaliya "Braqa"sında çıxış etmiş 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. 

Tərəflər 2020-ci ilin əvvəlində razılığa gəliblər. "Barselona" "Yeni Ronaldu" adlandırılan forvard üçün 31 milyon avro ödəyib və onun təzminat məbləği 500 milyon avro olub. 

Qeyd edək ki, Fransişku Trinkan ötən mövsüm "Braqa"da 40 oyun keçirib, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi