"Barselona"nın yeni formasını Messi təqdim etdi

"Barselona"nın yeni formasını Messi təqdim etdi İspaniyanın "Barselona" klubu yeni formasını təqdim edib.
Futbol
7 Sentyabr , 2020 12:38
Barselonanın yeni formasını Messi təqdim etdi

İspaniyanın "Barselona" klubu yeni formasını təqdim edib. 

"Report" Kataloniya təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, klub üçüncü - alternativ formanı ulduz futbolçusu Lionel Messi ilə təqdim edib. 

Qeyd edək ki, "Barselona"dan ayrılmaq istədiyini bildirən Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin sonuna - 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Bir müddət öncə Britaniya mətbuatı Lionel Messinin İngiltərənin "Mançester Siti" klubu ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi