"Barselona" yeni baş məşqçisi ilə müqavilə imzaladı

"Barselona" yeni baş məşqçisi ilə müqavilə imzaladı İspaniyanın "Barselona" klubu yeni baş məşqçisini açıqlayıb,
Futbol
19 Avqust , 2020 13:35
Barselona yeni baş məşqçisi ilə müqavilə imzaladı
Ronald Kuman

İspaniyanın "Barselona" klubu yeni baş məşqçisini açıqlayıb. 

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda niderlandlı Ronald Kumana tapşırılıb. 

57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda istefaya göndərilmiş Kike Setyeni əvəzləyib. 

Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Ronald Kuman futbolçu karyerasında 1989 - 1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998 - 2000-ci illərdə komandada köməkçi məşqçi işləyib. 

Son xəbərlər

Orphus sistemi