"Barselona" yeni baş məşqçi ilə 2 illik müqavilə imzalayacaq

"Barselona" yeni baş məşqçi ilə 2 illik müqavilə imzalayacaq Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman İspaniya "Barselona"sına rəhbərlik etməyə yaxındır.
Futbol
17 Avqust , 2020 10:56
Barselona yeni baş məşqçi ilə 2 illik müqavilə imzalayacaq
Ronald Kuman

Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman İspaniya "Barselona"sına rəhbərlik etməyə yaxındır. 

"Report" "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilə 57 yaşlı mütəxəssis arasında danışıqlar son mərhələdədir. Tərəflər razılığa gəlmək üzrədir. 

Niderlandlı baş məşqçinin "Barselona" ilə iki illik müqavilə imzalayacağı iddia olunur. 

Qeyd edək ki, "Barselona"nın prezidenti Xosep Bartomeu baş məşqçi Kike Setyenlə vidalaşdıqlarını açıqlayıb. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi