"Barselona" yayda iki cinah müdafiəçisi almaq istəyir

"Barselona" yayda iki cinah müdafiəçisi almaq istəyir İspaniyanın "Barselona" klubu yay transfer dönəmində müdafiənin sağ və sol cinahlarına futbolçular almağı planlaşdırır.
Futbol
27 dekabr 2021 10:25
Barselona yayda iki cinah müdafiəçisi almaq istəyir

İspaniyanın "Barselona" klubu yay transfer dönəmində müdafiənin sağ və sol cinahlarına futbolçular almağı planlaşdırır.

"Report" "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin "Çelsi" komandasından Sezar Aspilikueta və İspaniya "Valensiya"sından Xose Qaya ilə maraqlanır.

Aspilikueta cari mövsüm London təmsilçisinin heyətində 20 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "zadəganlar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Qaya isə 14 görüşdə meydanda olub, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "yarasalar"la sözləşməsi 2023-cü ildə bitəcək.

Son xəbərlər

Orphus sistemi