"Barselona" Aquero və Depayla müqavilələr imzalamağa hazırlaşır

"Barselona" Aquero və Depayla müqavilələr imzalamağa hazırlaşır İspaniyanın "Barselona" futbol klubu Fransanın "Lion" komandasının hücumçusu Memfis Depayla və "Mançester Siti"nin hücumçusu Serxio Aquero ilə müqavilələr imzalamağa hazırlaşır
Futbol
21 May , 2021 07:29
Barselona Aquero və Depayla müqavilələr imzalamağa hazırlaşır
Serxio Aquero

İspaniyanın "Barselona" futbol klubu Fransanın "Lion" komandasının hücumçusu Memfis Depayla və "Mançester Siti"nin hücumçusu Serxio Aquero ilə müqavilələr imzalamağa hazırlaşır.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, "Barselona" "Mançester Siti"nin hücumçusu ilə 2023-cü ilə qədər müqavilələr imzalaya bilər.

Depay "Lion"da 2017-ci ildən çıxış edir. Klubla oyunçunun müqaviləsi 30 iyun 2021-ci ilə qədər qüvvədədir. Depay 2020/2021 mövsümündə Birinci Liqada 36 matç keçirib və 20 qol vurub, həmçinin 10 məhsuldar ötürmə edib.

Aquero "Mançester Siti"yə “Atletiko”dan keçib. Transferin məbləği 40 milyon avro təşkil edib. Hücumçunun klubla müqaviləsi 2021-ci ildə başa çatır. Argentinalı İngiltərədəki karyerasında beş ölkə çempionatını, İngiltərə Kubokunu, altı Liqa Kubokunu, həmçinin İngiltərənin üç Super Kubokunu udub. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 11 matç keçirərək 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi