"Barselona" "Xetafe"yə uduzub

"Barselona" "Xetafe"yə uduzub İspaniya Premyer Liqasının 6-cı turunun matçında "Barselona" "Xetafe" ilə qarşılaşıb.
Futbol
18 Oktyabr , 2020 01:12
Barselona Xetafeyə uduzub

İspaniya Premyer Liqasının 6-cı turunun matçında "Barselona" "Xetafe" ilə qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Xetafedə "Koliseum Alfonso Peres" stadionunda keçirilib və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qol ikinci hissədə vurulub. Matçın 55-ci dəqiqəsində Hayme Mata 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

“Xetafe” 5 matçdan 10 xal toplayaraq turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Dörd qarşılaşmadan 7 xal toplayan “Barselona” 9-cu yerdədir.

Turnir cədvəlinə “Real Madrid” başçılıq edir.

Son xəbərlər

Orphus sistemi