"Barselona" və PSJ bu dəfə qadınların Çempionlar Liqasında üz-üzə gələcək

"Barselona" və PSJ bu dəfə qadınların Çempionlar Liqasında üz-üzə gələcək Yarımfinal oyunları aprelin 22 və 23-də, cavab matçları isə 29 və 30-da keçiriləcək
Futbol
30 Mart , 2017 05:06
Barselona və PSJ bu dəfə qadınların Çempionlar Liqasında üz-üzə gələcək

Bakı. 30 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" və Fransanın PSJ klubları qadınlar arasında Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcək.

"Report" xəbər verir ki, "Barselona" ¼ finalda İsveçin "Rusenqord" (2:0, 1:0), PSJ isə Almaniyanın "Bavariya" klubunu (0:1, 4:0) məğlub edib.

Digər yarımfinal oyununda Fransa "Lion"u ilə "Mançester Siti" (İngiltərə) və "Fortuna" (Danimarka) cütünün qalibi qarşılaşacaq.

Yarımfinal oyunları aprelin 22 və 23-də, cavab matçları isə aprelin 29 və 30-da keçiriləcək.

Bu komandaların kişilərdən ibarət heyətləri Çempionlar Liqasının 1/4 final matçında üz-üzə gəlib və ümumi nəticəyə görə (4:0 və 1:6) "Barselona" yarımfinala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi