"Barselona" və "İnter"in futbolçuları karantinə alınacaq

"Barselona" və "İnter"in futbolçuları karantinə alınacaq Çili milli komandasının futbolçuları Aleksis Sançes və Arturo Vidal koronavirusla əlaqədar karantinə alınacaqlar.
Futbol
11 Mart , 2020 11:58
Barselona və İnterin futbolçuları karantinə alınacaq

Çili milli komandasının futbolçuları Aleksis Sançes və Arturo Vidal koronavirusla əlaqədar karantinə alınacaqlar. 

"Report" "Emol" nəşrinə istinadən xəbər verir ki, bu barədə Çilinin Səhiyyə naziri Xayme Manyaliç məlumat verib.

Nazir hər iki oyunçunun DÇ-2022-nin seçmə mərhələ matçında iştirak üçün ölkəyə gəldikdən sonra karantinə alınacağını söyləyib: "Peşəsindən asılı olmayaraq, insanlar üçün heç bir fərq qoymuruq. Çünki heç kim bu virusa görə sığortalanmayıb".

Qeyd edək ki, Arturo Vidal İspaniya "Barselona"sının, Aleksis Sançes isə İtaliya "İnter"inin formasını geyinir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, İtaliyada 9172 yoluxma hadisəsi qeydə alınıb, 463 nəfər dünyasını dəyişib. Çilidə isə 13 koronavirus infeksiyası qeydə alınıb. Çili DÇ-2022-nin seçmə mərhələsində martın 27-də Uruqvayla üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi