"Barselona" "Valensiya"nı məğlub edərək liderlə xal fərqini ikiyə endirib - VİDEO

"Barselona" "Valensiya"nı məğlub edərək liderlə xal fərqini ikiyə endirib - VİDEO "Atletiko" "Sevilya" üzərində qələbə qazanıb
Futbol
19 mart 2017 22:49
Barselona Valensiyanı məğlub edərək liderlə xal fərqini ikiyə endirib - VİDEO

Bakı. 20 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 28-ci turunda "Barselona" evdə "Valensiya"nı 4:2 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, qalib komandanın heyətində Luis Suares (35-ci dəqiqə), Lionel Messi (45 - penaltidən, 52) və Andre Qomeş (89) fərqlənib.

Qonaqların qollarını Elyakim Manqala (29) və Munir əl-Haddadi (45) vurub. Matçın 44-cü dəqiqəsində Manqala qırmızı vərəqə alıb.

"Barselona" 63 xal ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu olan lider "Real"dan 2 xal geri qalır. "Valensiya" 30 xal ilə 14-cü mövqedədir.

Günün digər qarşılaşmasında "Atletiko" "Sevilya" üzərində 3:1 hesablı qələbə qazanıb.

Qalib komandanın qollarını Diyeqo Qodin (37-ci dəqiqə), Antuan Qrizmann (61) və Koke (77) vurub. "Sevilya"nın heyətində Xoakin Korrea (85) fərqlənib.

"Atletiko" turnir cədvəlində 55 xalla 4-cü, "Sevilya" isə 57 xal ilə 3-cüdür.

Son xəbərlər

Orphus sistemi