“Barselona” “Tottenhem”ə oyunçuları dəyişməyi təklif edib

“Barselona” “Tottenhem”ə oyunçuları dəyişməyi təklif edib Barselona “Tottenhem”ə yarımmüdafiəçi Tanqi Ndombeleyə görə iki oyunçusunu təklif edib.
Futbol
25 Aprel , 2020 03:46
“Barselona” “Tottenhem”ə oyunçuları dəyişməyi təklif edib

"Barselona" “Tottenhem”ə yarımmüdafiəçi Tanqi Ndombeleyə görə iki oyunçusunu təklif edib.

Bu barədə “Report” “Sky Sports”a istinadən xəbər verir.

Məlumata görə, Katalon klubu koronavirus pandemiyasının səbəb olduğu böhrana görə futbolçuya görə tam məbləği ödəyə bilməyəcək. Klub buna görə qarşı tərəfə Samuel Yumtitini və Nelson Semedunu təklif edib.

Ndombele İngiltərənin cari çempionatında "Tottenhem"in heyətində 19 matç keçirib və 2 qol vurub, habelə 2 məhsuldar ötürmə edib. Yumtiti öz növbəsində İspaniya çempionatında "Barselona"nın heyətində 11 matçda oynayıb və məhsuldar hərəkətləri ilə seçilməyib. Semedu 21 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Barselona" 27 turdan sonra 58 xal toplayaraq yarış cədvəlinə başçılıq edir. "Tottenhem" İngiltərə Premyer Liqasında səkkizinci yer tutur. Komandanın 41 xalı var. 

Son xəbərlər

Orphus sistemi