"Barselona" son bir ildə ilk dəfə öz meydanında qol vura bilməyib - VİDEO

"Barselona" son bir ildə ilk dəfə öz meydanında qol vura bilməyib - VİDEO Bu statistika İspaniya çempionatı oyunlarına aiddir
Futbol
12 Fevral , 2018 02:57
Barselona son bir ildə ilk dəfə öz meydanında qol vura bilməyib - VİDEO

Bakı. 12 fevral. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya çempionatının 23-cü turunda öz meydanında "Xetafe"ni qəbul edib.

“Report” xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Beləliklə, Kataloniya klubu ikinci tur ardarda ölkə çempionatı oyununda qələbə qazana bilməyib. Bundan əvvəlki turda "Barselona" "Espanyol" ilə 1:1-lik heç-heçə edib. "Xetafe" isə öz növbəsində İspaniya çempionatının ardıcıl dördüncü matçında meydandan sülhlə ayrılıb.

"Barselona" həmçinin 2016-cı ilin noyabrından bu yana ölkə çempionatı oyununda birinci dəfədir ki, öz meydanında qol vura bilməyib.

Hazırda Kataloniya klubu 59 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. İkinci yerdə 52 xalla "Atletiko" gedir. "Xetafe" siyahıda (30 xal) 10-cudur.

İspaniya Primerosu, 23-cü tur

"Barselona" – "Xetafe" - 0:0

Son xəbərlər

Orphus sistemi