"Barselona" "Sevilya"ya qalib gələrək La Liqanın ikinci pilləsinə yüksəlib

"Barselona" "Sevilya"ya qalib gələrək La Liqanın ikinci pilləsinə yüksəlib Barselonanın “Nou Kamp” stadionunda İspaniya Primerasının XXX turunun “Barselona” - “Sevilya” komandalarının görüşü keçirilib.
Futbol
3 aprel 2022 22:47
Barselona Sevilyaya qalib gələrək La Liqanın ikinci pilləsinə yüksəlib

Barselonanın “Nou Kamp” stadionunda İspaniya Primerasının XXX turunda “Barselona” - “Sevilya” komandalarının görüşü keçirilib.

"Report" xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə Kataloniya təmsilçisinin xeyrinə başa çatıb.

Matçda yeganə qolu 72-ci dəqiqədə Pedri vurub. "Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi bu mövsüm komandanın heyətində 18 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Barselona” 57 xalla turnir cədvəlinin ikinci pilləsində, “Sevilya” 57 xalla üçüncü pillədə qərarlaşıb.

Turnir cədvəlinin lideri “Real Madrid”dir (69 xal).

Son xəbərlər

Orphus sistemi