"Barselona" səfərdə “Valyadolid”ə qalib gəldi

"Barselona" səfərdə “Valyadolid”ə qalib gəldi İspaniya La Liqasının 36-cı turunda “Valyadolid” “Barselona”nı qəbul edib.
Futbol
11 İyul , 2020 23:26
Barselona səfərdə “Valyadolid”ə qalib gəldi

İspaniya La Liqasının 36-cı turunda “Valyadolid” “Barselona”nı qəbul edib.

“Report” xəbər verir ki, matç Valyadoliddə, "Xose Sorrilya" stadionunda keçirilib. 

Qarşılaşmada hesab 15-ci dəqiqədə açılıb. Qonaqların heyətində Arturo Vidal Lionel Messinin ötürməsini qola çevirib. Görüş bu hesabla da başa çatıb.

"Barselona" İspaniya çempionatında ardıcıl qələbə seriyasını üç matça çatdırıb. Komanda əvvəlki iki turda "Espanyol"a (1:0) və səfərdə "Vilyarreal"a (4:1) qalib gəlib.

Bugünkü məğlubiyyət "Valyadolid" üçün ardıcıl ikinci uğursuzluq olub.

"Barselona" İspaniya çempionatının yarış cədvəlində ikinci yer tutur. Kataloniyalılar Madrid "Real"ından 1 xal geri qalırlar. "Valyadolid" 39 xalla turnir cədvəlində 14-cü yerdədir.

Son xəbərlər

Orphus sistemi