"Barselona" rəhbərliyi baş məşqçi ilə danışıqlar apardığını təsdiqlədi

"Barselona" rəhbərliyi baş məşqçi ilə danışıqlar apardığını təsdiqlədi İspaniyanın "Barselona" klubunun baş direktoru Oskar Qrau Niderland millisinin baş məşqçisi Ronald Kuman ilə danışıqlar apardıqlarını təsdiqləyib.
Futbol
18 Avqust , 2020 09:40
Barselona rəhbərliyi baş məşqçi ilə danışıqlar apardığını təsdiqlədi
Ronald Kuman

İspaniyanın "Barselona" klubunun baş direktoru Oskar Qrau Niderland millisinin baş məşqçisi Ronald Kumanla danışıqlar apardıqlarını təsdiqləyib. 

"Report"un məlumatına görə, funksioner bu barədə "Sport.es"ə açıqlamasında məlumat verib. O, 57 yaşlı mütəxəssislə özünün danışdığını söyləyib. 

Qeyd edək ki, "Barselona" baş məşqçisi Kike Setyeni istefaya göndərib. Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Ronald Kuman futbolçu karyerasında 1989 - 1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998 - 2000-ci illərdə komandada köməkçi məşqçi kimi işləyib. 

Son xəbərlər

Orphus sistemi