"Barselona" "Real Sosedad"ı darmadağın edib

"Barselona" "Real Sosedad"ı darmadağın edib Futbol üzrə İspaniya Primerasının 2020/2021 mövsümünün XVIII turunun matçında "Real Sosedad" "Barselona"nı qəbul edib
Futbol
22 Mart , 2021 02:37
Barselona Real Sosedadı darmadağın edib

Futbol üzrə İspaniya Primerasının 2020/2021 mövsümünün XVIII turunun matçında "Real Sosedad" "Barselona"nı qəbul edib.

“Report” xəbər verir ki, görüş San-Sebastyanda "Anoeta" stadionunda keçirilib və qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 37-ci dəqiqədə açılıb - "Barselona"nın hücumçusu Antuan Qrizmann fərqlənib. Matçın 43-cü dəqiqəsində Sercinyo Dest hesabı 2:0-a çatdırıb. Dest bununla kifayətlənməyərək 53-cü dəqiqədə dubl edib. Üç dəqiqə sonra Lionel Messi fərqlənib. Amma bu da son olmayıb. Belə ki, 71-ci dəqiqədə Osman Dembele "Barselona"nın beşinci qolunu vurub.

"Real Sosedad" bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Matçın 77-ci dəqiqəsində Ander Barreneçea təsəlli qolunu vurub. Lakin 89-cu dəqiqədə Lionel Messi növbəti dəfə fərqlənərək dubl edib.

"Barselona" 62 xal yığaraq İspaniya çempionatının yarış cədvəlində ikinci yer tutur. Turnirə "Atletiko" (Madrid) (66 xal) liderlik edir. "Real Sosedad" 45 xalla beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Lionel Messi bombardirlər siyahısında birinci yerdədir. Onun hesabında 23 qol var.

Son xəbərlər

Orphus sistemi