“Barselona” - “Real Madrid” oyununun yeri dəyişdirilə bilər

“Barselona” - “Real Madrid” oyununun yeri dəyişdirilə bilər İspaniya çempionatında X turun “Barselona” – “Real Madrid” oyununun yeri dəyişdirilə bilər.
Futbol
16 Oktyabr , 2019 16:24
“Barselona” - “Real Madrid” oyununun yeri dəyişdirilə bilər

İspaniya çempionatında X turun “Barselona” – “Real Madrid” oyununun yeri dəyişdirilə bilər.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, La Liqa rəhbərliyi siyasi liderlərin məhkəmə hökmlərinə etiraz əlaməti olaraq Barselonada keçirilən aksiyalara görə kluba müvafiq sorğu göndərib.

Matç oktyabrın 26-da “Nou Kamp”da baş tutmalıdır. Ancaq təşkilatçı qurum şəhərdəki gərgin vəziyyətin belə vacib görüşün keçirilməsinə mənfi təsir göstərə biləcəyindən qorxur. Ona görə də klublara oyunların yerlərini dəyişdirmək təklif olunub. Yəni “Barselona”nın ikinci dövrədə “El-Klasiko”ya ev sahibliyi etməsi uyğun görünür.

“Barselona” artıq etiraz aksiyaları səbəbindən bəzi çətinliklərlə üzləşib. Kataloniya təmsilçisinin IX turda “Eybar”la səfər oyununa avtobusla gedəcəyi gözlənilir. Aksiyalar şəhərdə tıxaclara səbəb olduğu üçün komanda hava limanına yollana bilmir. Daha öncə Xorvatiya millisinin düşərgəsindən qayıdan İvan Rakitiç aeroportdan şəhərə piyada getməli olub.

Qeyd edək ki, “Real Madrid” hazırda 18 xalla liderdir. “Barselona” isə 16 xalla 2-ci sıradadır. 

Son xəbərlər

Orphus sistemi