"Barselona" - "Real Madrid" matçı gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək

"Barselona" - "Real Madrid" matçı gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək Barselona və Real Madrid komandaları İspaniya La Liqasının X turundan təxirə salınmış matç öncəsi eyni oteldə qalacaqlar.
Futbol
17 Dekabr , 2019 11:14
Barselona - Real Madrid matçı gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək

"Barselona" və "Real Madrid" komandaları İspaniya La Liqasının X turundan təxirə salınmış matç öncəsi eyni oteldə qalacaqlar.

"Report"un "Lasexta"ya istinadən məlumatına görə, oyunda təhlükəsizlik xidmətinin 3000 əməkdaşı çalışacaq. Hər iki komanda oteldən iki ayrı-ayrı avtobusla çıxacaq. Onları 12 polis avtomobili müşayiət edəcək.

Otel stadiondan 750 metr aralıda yerləşir ki, bu da bloklamanın baş verməməsi üçün seçilib.

Gücləndirilmiş təhlükəsizlik tədbirləri Kataloniyanın müstəqilliyinin tərəfdarlarının etirazları ilə əlaqədardır.

Qeyd edək ki, dekabrın 18-də "Kamp Nou" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi