"Barselona" Pol Poqbanı transfer etmək istəyir

"Barselona" Pol Poqbanı transfer etmək istəyir Bakı. 1 avqust. REPORT.AZ/ İspaniyanın Barselona klubu İngiltərə təmsilçisi Mançester Yunaytedin futbolçusu Pol Poqba ilə danışıqlar aparır.
Futbol
1 Avqust , 2018 18:43
Barselona Pol Poqbanı transfer etmək istəyir

Bakı. 1 avqust. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Pol Poqba ilə danışıqlar aparır.

"Report" "Tuttosport"a istinadən xəbər verir ki, 25 yaşlı fransalı yarımmüdafiəçi Kataloniya təmsilçisinin texniki direktoru Erik Abidal ilə görüşüb.

Bildirilir ki, oyunçu İngiltərə klubunu tərk etmək istəyir və "Barselona" ilə müqavilə imzalamağa hazırdır.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında İtaliya "Yuventus"undan  "Mançester Yunayted"ə keçib. Onun klubu ilə 2021-ci ilədək müqaviləsi var. 

Son xəbərlər

Orphus sistemi