"Barselona" öz meydanında "Valensiya" ilə bacarmadı

"Barselona" öz meydanında "Valensiya" ilə bacarmadı İspaniya Premyer Liqasının 14-cü turunun matçında "Barselona" "Valensiya" ilə qarşılaşıb.
Futbol
19 Dekabr , 2020 22:10
Barselona öz meydanında Valensiya ilə bacarmadı

İspaniya La Liqasının 14-cü turunun matçında "Barselona" "Valensiya" ilə qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Barselonanın "Kamp Nou" stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

Hesabı 29-cu dəqiqədə "Valensiya" açıb - müdafiəçi Muktar Dyakabi fərqlənib. Birinci hissənin sonunda "Barselona" Lionel Messinin qolu ilə hesabı bərabərləşdirib.

Qarşılaşmanın 52-ci dəqiqəsində kataloniyalılarının müdafiəçisi Ronald Arauxo komandasını hesabda irəli çıxarıb, lakin 69-cu dəqiqədə qonaqların hücumçusu Maksi Qomes hesabdakı tarazlığı təmin edib.

"Barselona" 21 xal toplayaraq İspaniya La Liqasının yarış cədvəlində beşinci sırada qərarlaşıb. Aktivində 15 xalı olan "Valensiya" 12-ci sırada mövqe tutub.

Son xəbərlər

Orphus sistemi