"Barselona" öz meydanında keçirdiyi 1500-cü oyununda qələbə qazanıb - VİDEO

"Barselona" öz meydanında keçirdiyi 1500-cü oyununda qələbə qazanıb - VİDEO Katalon klubu "Kamp Nou"da keçirilən oyunların cəmi 143-də məğlub olub
Futbol
30 Oktyabr , 2016 03:22
Barselona öz meydanında keçirdiyi 1500-cü oyununda qələbə qazanıb - VİDEO

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya çempionatının 10-cu turunun ev oyununda "Qranada"nı 1:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, bu, klubun "Kamp Nou" stadionunda keçirdiyi 1500-cü oyun olub.

Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Rafinya vurub. Yubiley oyununda 82 mindən çox tamaşaçı iştirak edib.

"Barselona" bu qələbədən sonra on oyuna 22 xal yığaraq Premyer Liqanın 2-ci pilləsinə yüksəlib. "Qranada" 3 xal ilə turnir cədvəlinin sonuncu yerindədir.

Kataloniya klubu növbəti matçını noyabrın 6-da səfərdə "Sevilya" ilə keçirəcək.

"Barselona" öz ev oyunlarını 1957-ci ildən "Kamp Nou"da keçirir. Komanda 1500 ev oyununun 1119-da qələbə qazanıb, 143 görüş məğlubiyyətlə bitib.

Son xəbərlər

Orphus sistemi