"Barselona" növbəti transferini açıqladı

"Barselona" növbəti transferini açıqladı Klub braziliyalı oyunçunu geri qaytarmaq hüququndan istifa edib
Futbol
498
2 İyun , 2021 13:08
Barselona növbəti transferini açıqladı
Emerson Royal

İspaniyanın "Barselona" klubu növbəti transferini açıqlayıb.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son iki mövsümü "Betis"də keçirmiş Emerson Royal yenidən heyətə cəlb olunub.

"Barselona"ya məxsus olan 22 yaşlı yarımmüdafiəçi iki il icarə əsasında Sevilya təmsilçisində çıxış edib. Klub braziliyalı oyunçunu geri qaytarmaq hüququndan yararlanıb.

Qeyd edək ki, 2019-cu ildə ölkəsinin "Atletiko Mineyro" klubundan "Barselona"ya keçən Emerson Royal həmin il icarəyə verilib.

Ronald Kumanın baş məşqçi olduğu kollektiv daha əvvəl İngiltərə "Mançester Siti"sindən Serxio Aquero və Erik Qarsiyanı heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi