“Barselona” nın yeni baş məşqçisi Kike Setien olub - YENİLƏNİB

“Barselona” nın yeni baş məşqçisi Kike Setien olub - YENİLƏNİB Kike Setienin İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçi təyin edilməsi təsdiqlənib.
Futbol
390
14 Yanvar , 2020 02:40
“Barselona” nın yeni baş məşqçisi Kike Setien olub - YENİLƏNİB

Kike Setienin İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçi təyin edilməsi təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 

Qeyd olunub ki, 62 yaşlı ispaniyalı mütəxəssis kataloniya klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

O, baş məşqçi qismində Ernesto Valverdeni əvəz edəcək.


***00:59

İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisi Kike Setien olacaq.

“Report” “Sport.es” saytına istinadən xəbər verir ki, kataloniya klubu bu mövsümün sonuna qədər mütəxəssislə müqavilə bağlamağa razılıq verib.

O, “Barselona” da baş məşqçi qismində Ernesto Valverdeni əvəz edəcək.

Kikenin son rəhbərlik etdiyi futbol klubu “Betis” olub.

Qeyd edək ki, 19 turda 40 xal toplayan “Barselona” çempionat turnirində birinci yeri tutur.

Son xəbərlər

Orphus sistemi