"Barselona"nın qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib

"Barselona"nın qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib Bakı. 10 oktyabr. REPORT.AZ/ İspaniyanın Barselona klubunun qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib.
Futbol
10 Oktyabr , 2018 18:36
Barselonanın qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib

Bakı. 10 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi, əsasən, müdafiə mövqeyini gücləndirmək niyyətindədir. Klubun məşqçilər korpusu komandaya kömək edə biləcək bir neçə oyunçunun siyahısını hazırlayıb.

Hollandiyanın "Ayaks" klubundan Matteis de Liqt, İtaliya "İnter"indən Milan Şkriniar, Almaniya "Leyptsiq"indən Dayo Upamekano və İtaliyanın "Napoli" klubunun üzvü Kalidi Kulibali Kataloniya klubunun siyahısında olan müdafiəçilərdir. 

Qeyd edək ki, "Barselona" ötən mövsüm ən çox gəlir əldə edən klub kimi tarixə düşüb. 

Son xəbərlər

Orphus sistemi