"Barselona"nın qış fasiləsində əsas transfer hədəfləri açıqlandı

"Barselona"nın qış fasiləsində əsas transfer hədəfləri açıqlandı İspaniyanın "Barselona" klubunun qış transfer dönəmindəki əsas hədəfləri bəlli olub.
Futbol
22 Dekabr , 2020 10:02
Barselonanın qış fasiləsində əsas transfer hədəfləri açıqlandı

İspaniyanın "Barselona" klubunun qış transfer dönəmindəki əsas hədəfləri bəlli olub.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Fransa "Lion"undan Memfis Depay və İngiltərə "Mançester Siti"sindən Erik Qarsiyanı heyətinə cəlb etmək niyyətindədir.

Klub bəzi zədəli oyunçulara görə xeyli zəifləyən heyəti bu iki futbolçu sayəsində gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Memfis Depayın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatmalıdır. Qarsiya isə "Barselona"nın yetirməsidir və 2016-cı ildə 1,7 milyon avro qarşılığında İngiltərə təmsilçisinə keçib.

Son xəbərlər

Orphus sistemi