"Barselona"nın qapıçısı klubdan ayrılmaq üçün rəhbərliyə müraciət edib

"Barselona"nın qapıçısı klubdan ayrılmaq üçün rəhbərliyə müraciət edib İspaniya "Barselona"sının qapıçısı Neto klubdan ayrılmaq istəyir.
Futbol
2 Yanvar , 2022 17:34
Barselonanın qapıçısı klubdan ayrılmaq üçün rəhbərliyə müraciət edib

İspaniya "Barselona"sının qapıçısı Neto klubdan ayrılmaq istəyir.

"Report" “El Nacional”ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper bu barədə Kataloniya təmsilçisinin rəhbərliyini məlumatlandırıb.

Müntəzəm oyun praktikasının olmamasından narazı qalan braziliyalı oyunçu karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Neto "Barselona"nın "Flamenqo"dan gələn təklifi qəbul etməsini istəyib.

Qeyd edək ki, Neto cari mövsüm İspaniya La Liqasında 2 oyuna çıxıb və 3 qol buraxıb.

Son xəbərlər

Orphus sistemi