"Barselona"nın qapıçısı güzəştə getməyə razı oldu

"Barselona"nın qapıçısı güzəştə getməyə razı oldu İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen klubla yeni müqavilə imzalayarkən güzəştə getməyə hazırdır.
Futbol
12 Oktyabr , 2020 18:31
Barselonanın qapıçısı güzəştə getməyə razı oldu
Mark-Andre ter Ştegen

İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen yeni müqavilə imzalamaq üçün güzəştə getməyə hazırdır.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, əvvəlcə illik 25 milyon avro tələb edən 28 yaşlı qolkiper məbləği 18 milyona endirməyə razı olub.

Kataloniya təmsilçisi almaniyalı oyunçu ilə 2025-ci ilin yayına qədər müqavilə bağlamaq niyyətindədir. Onun hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaq.

"Barselona" yeni şərtləri qəbul edərsə, Mark-Andre ter Ştegen dünyanın ən çox qazanan qapıçısı olmaqla yanaşı, Lionel Messidən sonra komandada ən çox maaş alan oyunçu olacaq. Argentinalı ulduz futbolçu hazırda illik 31 avro qazanır.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da oynayır. Qapıçı cari mövsüm zədə səbəbindən meydana çıxmayıb.

Son xəbərlər

Orphus sistemi