"Barselona"nın qaldığı oteldə yanğın siqnalını işə salan azarkeş saxlanıldı

"Barselona"nın qaldığı oteldə yanğın siqnalını işə salan azarkeş saxlanıldı Azarkeşlər "Barselona"nın qaldığı otelin yaxınlığında səs-küy salıblar
Futbol
108
10 Mart , 2021 20:10
Barselonanın qaldığı oteldə yanğın siqnalını işə salan azarkeş saxlanıldı

Fransanın PSJ klubunun azarkeşləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün Parisdə olan İspaniya "Barselona"sının qaldığı otelin yaxınlığında səs-küy salıblar.

"Report" RMC-yə istinadən xəbər verir ki, fanatlar səhərə yaxın saat 04:00-da havaya fişəng ataraq, rəqib futbolçuları yuxudan oyatmağa çalışıblar. Onlar bunu İspaniyadakı ilk matçdan öncə PSJ-yə qarşı eyni hərəkəti edən Kataloniya tərəfdarlarından intiqam almaq üçün ediblər.

Yerli azarkeşlərdən biri isə "Barselona"nın məskunlaşdığı oteldə gecələyərək, saat 05:00 radələrində yanğın siqnalını işə salıb. Həmin şəxs dərhal polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu gecə keçiriləcək PSJ - "Barselona" oyunu Bakı vaxtı ilə saat 24:00-da start götürəcək. İspaniyadakı ilk matçda parislilər 4:1 hesablı qələbə qazanıblar.

Son xəbərlər

Orphus sistemi