"Barselona"nın prezidenti sabah istefa verə bilər

"Barselona"nın prezidenti sabah istefa verə bilər İspaniya "Barselona"sının rəhbərliyi istefa verməyə yaxındır.
Futbol
728
26 Oktyabr , 2020 16:32
Barselonanın prezidenti sabah istefa verə bilər
Jozep Bartomeu

İspaniya "Barselona"sının rəhbərliyi istefa verməyə yaxındır.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, sabah klubun prezidenti Jozep Bartomeu və direktorlar şurasının üzvləri öz vəzifələrindən ayrıla bilərlər.

Bu, səlahiyyətli şəxslərin 1-2 noyabr tarixlərinə təyin olunan klub rəhbərliyinə etimadsızlıq səsverməsini təxirə salmaqdan imtinası halında baş verəcək.

Klub hesab edir ki, bölgədə koronavirusa yoluxma hallarında artım olduğu üçün təklif olunan referendum tarixləri seçicilərin sağlamlığını təhlükə altına alır.

Son xəbərlər

Orphus sistemi