"Barselona"nın prezidenti karantinə alındı

"Barselona"nın prezidenti karantinə alındı İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu karantinə alınıb.
Futbol
20 Oktyabr , 2020 16:40
Barselonanın prezidenti karantinə alındı
Xosep Bartomeu

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu karantinə alınıb.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, buna 57 yaşlı funksionerin koronavirusa yoluxmuş qohumu ilə təmasda olmasıdır. Bartomeunun ilk testinin nəticəsi mənfi olub. O, ikinci testinin nəticəsini gözləyir.

Klub prezidenti bu gün Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun Macarıstan “Ferentsvaroş"u ilə görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, Barselona şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi