Hakim Arda Turana səhvən qırmızı vərəqə göstərib - VİDEO

Hakim Arda Turana səhvən qırmızı vərəqə göstərib - VİDEO Klub isə "Real Madrid"ə məxsus rekordu təzələyib
Futbol
4 Mart , 2016 09:53
Hakim Arda Turana səhvən qırmızı vərəqə göstərib - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ İspaniya çempionatında "Rayo Valyekano" ilə səfər matçı "Barselona"nın futbolçusu Arda Turan üçün iki məqamla əlamətdar olub. "Report"un məlumatına görə, hər iki hadisə türkiyəli yarımmüdafiəçinin 68-ci dəqiqədə İvan Rakitiçin əvəzinə meydana daxil olmasından sonra baş verib.

Baş hakim İnyaki Bikandi Qarrido Turana, 78-ci dəqiqədə etdiyi kobudluq üzündən birbaşa qırmızı vərəqə göstərib. Qarrido vərəqəni səhvən göstərdiyini az sonra anlayıb və bu qərarını ləğv edərək, "sarı" göstərib. 86-cı dəqiqədə isə başla topu qapıya göndərən Arda "Barselona" forması ilə ilk qolunu vurub.

Qeyd edək ki, görüş Kataloniya komandasının 5:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla da "Barsa" məğlubiyyətsizlik seriyasını 35 matça (29 qələbə, 6 heç-heçə) çıxarıb və əzəli rəqibi "Real Madrid"ə məxsus 27 illik rekordu təzələyib. "Kral klubu 27 il öncə baş məşqçi Leo Beenhakerin rəhbərliyi altında 34 matçda (25 qələbə, 9 heç-heçə) yenilməmişdi. 

Son xəbərlər

Orphus sistemi