"Barselona"nın müdafiəçisi 3 ay oynamayacaq

"Barselona"nın müdafiəçisi 3 ay oynamayacaq İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Yumtiti əməliyyat edilib.
Futbol
19 Yanvar , 2022 09:18
Barselonanın müdafiəçisi 3 ay oynamayacaq
Samuel Yumtiti

İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Yumtiti əməliyyat olunub.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi sağ ayağından cərrahi müdaxiləyə ehtiyac duyub.

Fransalı oyunçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Samuel Yumtiti məşq zamanı ayaq barmağını qırıb. Müdafiəçi 2021/2022 mövsümündə bir matçda meydanda olub.

Son xəbərlər

Orphus sistemi