"Barselona"nın Messiyə yeni müqavilə təklif edəcəyi vaxt müəyyənləşdi

"Barselona"nın Messiyə yeni müqavilə təklif edəcəyi vaxt müəyyənləşdi Bundan sonra klubun argentinalı oyunçuya nə qədər pul ayıra biləcəyi bəlli olacaq
Futbol
207
22 May , 2021 10:00
Barselonanın Messiyə yeni müqavilə təklif edəcəyi vaxt müəyyənləşdi
Lionel Messiyə

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edəcəyi vaxt müəyyənləşib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi audit yoxlaması başa çatdıqdan sonra 34 yaşlı hücumçu ilə danışıqlara start verəcək.

Ardınca klubun argentinalı oyunçuya nə qədər pul ayıra biləcəyi bəlli olacaq. "Barselona"da audit yoxlaması mayın sonunda yekunlaşacaq.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə sözləşməsi iyunda bitəcək. Onunla Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları maraqlanır. Forvard bu gün La Liqanın XXXVIII - sonuncu turunda "Eybar"la oyunda iştirak etməyəcək. Messi cari mövsüm bütün turnirlər daxil olmaqla 47 matçda iştirak edib və 38 qol vurub.

Son xəbərlər

Orphus sistemi