Messinin qiyməti bəlli oldu

Messinin qiyməti bəlli oldu İspaniyanın "Barselona" klubunun ulduz futbolçu Lionel Messini satmaq istədiyi məbləğ bəlli olub.
Futbol
24 avqust 2020 09:57
Messinin qiyməti bəlli oldu
Lionel Messi

İspaniyanın "Barselona" klubu futbolçusu Lionel Messi ilə 700 milyon avroya vidalaşmağa hazırdır. 

"Report" "Daily Mirror"a istinadən xəbər verir ki, argentinalı hücumçunu əldə etmək istəyən klub bu məbləği tam ödəməli olacaq. 33 yaşlı forvardla İtaliya "İnter"i, Fransa PSJ-si və İngiltərə təmsilçisi "Mançester Siti" maraqlanır.  

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub onu komandada saxlamaq niyyətindədir. Messi ötən mövsüm 44 oyuna 31 qol vurub və 24 məhsuldar ötürmə verib. "Transfermarkt.de" ulduz futbolçuya 112 milyon avro qiymət qoyub. 

Son xəbərlər

Orphus sistemi