İspaniya "Barselona"sının futbolçusu Serxio Aquero "Alaves"ə qarşı La Liqanın XII tur oyununda əvəzləndikdən sonra xəstəxanaya yollanıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna argentinalı hücumçunun sinasində narahatlıq hiss etməsi səbəb olub.
33 yaşlı forvardın kardioloji müayinədən keçdiyi bildirilib. Onun səhhəti barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Aquero 1:1 hesabı ilə başa çatan matçın 41-ci dəqiqəsində meydanı tərk edib. Onun yerinə oyuna Filippe Koutinyo daxil olub.