“Barselona”nın futbolçusu: “Robert Prosineçki xorvatlar üçün qəhrəmandır”

“Barselona”nın futbolçusu: “Robert Prosineçki xorvatlar üçün qəhrəmandır” “Uşaqlıqda onun kimi olmaq və İspaniyada oynamaq istəyirdim”
Futbol
20 Sentyabr , 2017 09:46
“Barselona”nın futbolçusu: “Robert Prosineçki xorvatlar üçün qəhrəmandır”
JOSEP LAGO/Getty Images

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Valideynlərim xorvatiyadandır. Lakin onlar Bosniya müharibəsindən bir qədər əvvəl İsveçrəyə köç ediblər. Orada böyümüşəm və Robert Prosineçkiyə pərəstiş etmişəm”. “Report” xəbər verir ki, bunu “Marca”ya müsahibəsində İspaniyanın “Barselona” klubunun xorvatiyalı futbolçusu İvan Rakitiç deyib.

29 yaşlı yarımmüdafiəçisi hazırda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışan həmyerlisi Robert Prosineçkini kumiri hesab etdiyini söyləyib. O, bildirib ki, 48 yaşlı mütəxəssis xorvatiyalılar üçün qəhrəmandır: "Prosineçki “Real Madrid”, “Barselona” və “Sevilya”da oynayıb, xorvatlar üçün qəhrəmandır. Uşaqlıqda onun kimi olmaq və İspaniyada oynamaq istəyirdim”.

Qeyd edək ki, Robert Prosineçki 1 dekabr 2014-cü ildən Azərbaycan yığmasına rəhbərlik edir. Həmin vaxt onunla 3 illik müqavilə bağlanılıb.

Son xəbərlər

Orphus sistemi