"Barselona"nın 22 yaşlı oyunçusu ilk qolunu vurub "Lamborghini" aldı

"Barselona"nın 22 yaşlı oyunçusu ilk qolunu vurub "Lamborghini" aldı İspaniyanın "Barselona" klubunun futbolçusu Frantsisko Trinkao "Lamborghini Huracan EVO" idman avtomobilini alıb
Futbol
10 Fevral , 2021 10:58
Barselonanın 22 yaşlı oyunçusu ilk qolunu vurub Lamborghini aldı

İspaniyanın "Barselona" klubunun futbolçusu Frantsisko Trinkao "Lamborghini Huracan EVO" idman avtomobilini alıb.

"Report" xəbər verir, avtomobili satan "JM Automocion" bu barədə instaqramda məlumat yayıb.

Maşının qiyməti minimum 250 min avrodan başlayır. Satıcı 22 yaşlı yarımmüdafiəçiyə təşəkkür edib və avtomobildən zövq almasını arzulayıb.

Qeyd edək ki, Frantsisko Trinkao fevralın 7-də La Liqanın XXII turunda "Betis"lə görüşdə qələbə qolunu vurub - 3:2. Bu, oyunçunun Kataloniya təmsilçisinin əsas komandasında ilk qoludur.

Son xəbərlər

Orphus sistemi