"Barselona"nın futbolçusu içkili vəziyyətdə qəzaya düşdü

"Barselona"nın futbolçusu içkili vəziyyətdə qəzaya düşdü İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Meloqəzaya düşüb.
Futbol
851
17 Avqust , 2020 17:23
Barselonanın futbolçusu içkili vəziyyətdə qəzaya düşdü
Artur Melo

İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Melo qəzaya düşüb. 

"Report" "Girona Diari" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin avtomobili yolun kənarındakı işıq dirəyinə çırpılıb. Braziliyanın oyunçunun özü xəsarət almayıb. 

Hadisə səhər 4-də baş verib. Analiz onun həddindən artıq içki qəbul etdiyini göstərib. 

Qeyd edək ki, Artur Melo artıq İtaliyanın "Yuventus" klubuna keçib və "Barselona" üçün UEFA Çempionlar Liqasında oynamaqdan imtina edib. Kataloniya təmsilçisi Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. 

Son xəbərlər

Orphus sistemi